Logo

Qəzada ata öldü, oğlu yaralandı

Qəzada ata öldü, oğlu yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədi rayonunda ölümlə nəticələnə yol qəzası baş verib.

Sfera.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 21-də saat 9 radələrində Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində Kürdəmir rayon sakini Şaiq Zərbəliyevin idarə etdiyi "Nissan” və Sumqayıt şəhər sakini H.İsmayılovun idarə etdiyi "Opel” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Zərbəliyev hadisə yerində ölüb, sərnişini olan oğlu və digər sürücü xəstəxanaya yerləşdiriliblər. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR