Ucarda maşın beton dirəyə çırpıldı, 2 nəfər öldü
Kateqoriya məlum deyil
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Alpı kəndində "VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton dirəyə çırpılması barədə məlumat daxil olub.
FHN-dən Sfera.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.






