Logo

Xəstəxanadakı partlayışda ölənlərin sayı artdı - Türkiyədə

Xəstəxanadakı partlayışda ölənlərin sayı artdı - Türkiyədə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında oksigen balonunun partlaması nəticəsində ölənlərin sayı doqquza çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.

Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR