İbrahim Tatlısəsi öldürmək istəyənlərə CƏZA VERİLDİ
Kateqoriya məlum deyil
İbrahim Tatlısəsin ağır yaralandığı silahlı hücum zamanı təqsirləndirilən şəxslərin məhkəməsinə yenidən baxılıb.
Sfera.az xəbər verir ki, ötən gün 2011-ci ildə silahlı hücum zamanı sənətçini öldürməyə cəhd edən 12 məhkumun məhkəməsi keçirilib.
Məhkəmənin qərarına əsasən, Emin Birdal 15 ildən 22 ilə qədər, Abdullah Uçmak, Ersin Altun və Yunus Ayıka isə qəsdən adam öldürmə maddəsi ilə 26 ildən 40 ilə qədər həbs edilib.
Qeyd edək ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində baş tutan əvvəlki prosesdə 12 məhkumunun hər birinə 3 ildən 36 ilə qədər həbs cəzası kəsilmişdi.
Jalə Mehdi






