Qızla oğlan Bakı-Sumqayıt qatarını daşladılar

Qızla oğlan Bakı-Sumqayıt qatarını daşladılar

Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilmişdir.

Sfera.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə deyib ki, amma təəssüflər olsun ki, bəzi vətəndaşlarımız özlərinin normalara sığmayan davranışı ilə sərnişinlərin və elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.

3 may 2016-cı ildə saat 18.15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində olarkən iki nəfər tərəfindən daşlanarkən DİN Nəqliyyatda Baş Polis İdarəsinin Bakı-yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri - 22. 04.1999-cu il təvəllüdlü Elnur Fazil oğlu Baxşıyev və 01.01. 1998-ci il təvəllüdlü Lalə Şair qızı Ağayevadır.

Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunmuş, azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf etmişlər. Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparmış, xəbərdarlıq etmiş və sərbəst buraxmışlar.

Xoşbəxtlikdən, sərnişinlərə və elektrik qatarına ziyan dəyməmişdir.
Bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.


OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...