Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Azərbaycanda tanınmış cərrah-həkim Elman Həsənov vəfat edib.
Sfera.az-ın məlumatına görə, E.Həsənov koronavirus səbəbindən 50 yaşında dünyasını dəyişib.
Bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, E.Həsənov 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi çalışırdı. E.Həsənov cənub bölgəsində peşəkar cərrah kimi tanınır. Həmçinin Vətən müharibəsi dövründə yaralılara tibbi xidmət göstərib. (Report)







