Ağstafada iki minik avtomobili toqquşdu
Kateqoriya məlum deyil
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində "Mitsubishi" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.






