Logo

Qadına seksual zorakılıq etdiyi üzə çıxan yazıçı intihar etdi – Son paylaşımı diqqət çəkir

Qadına seksual zorakılıq etdiyi üzə çıxan yazıçı intihar etdi – Son paylaşımı diqqət çəkir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Seksual zorakılıq  iddiaları ilə gündəmə gələn türkiyəli tanınmış yazıçı İbrahim Çolak intihar edib.

Sfera.az xəbər verir ki, yazıçı Ankaradakı evində özünü təbii qaz borusundan asıb.

O, intihar etməzdən əvvəl "Twitter” hesabında bunları yazıb:

"Özümü belə bir sona hazırlamamışdım. Yaxşı bir insan olmaq istərdim, bacara bilmədim. Saatlarla, günlərlə yaza bilərdim, amma bu heç nəyi dəyişmir. İndidən sonra arvadımın, övladlarımın, dostlarımın üzünə baxa bilmərəm. Heç kim tamamilə günahkar deyil, amma başqalarına dediyim "özümüzə uyğun olanı edək” şüarını özüm tətbiq edə bilmədiyim üçün peşmanam. Məni sevən və məni qoruyan bütün dostlarımla, dərdimi xüsusilə çəkən həyat yoldaşım və övladlarımla sağollaşıram”.

Qeyd edək ki, "Twitter” sosial şəbəkəsində "Leylasalinger” adlı hesabdan paylaşım edən bir qadın İbrahim Çolakoğlu tərəfindən seksual xarakterli zorakılığa məruz qaldığını açıqlamışdı.

Qadına seksual zorakılıq etdiyi üzə çıxan yazıçı intihar etdi – Son paylaşımı diqqət çəkir
Qadına seksual zorakılıq etdiyi üzə çıxan yazıçı intihar etdi – Son paylaşımı diqqət çəkir

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR