Logo

Bakıda 18 mərtəbəli binada yanğın

Bakıda 18 mərtəbəli binada yanğın
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olub.

Sfera.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib.

Yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR