Logo

Karantin qaydalarını pozan 2 xəstə öldü

Karantin qaydalarını pozan 2 xəstə öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumatda bildirilir ki, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb:

"Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR