Ermənistan Müdafiə Nazirliyində daha bir istefa
Kateqoriya məlum deyil
Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan vəzifəsindən istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan”a Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Qeyd olunur ki, Qambaryan 2018-ci ilin mayından sözügedən postda fəaliyyət göstərib.
Xatırladaq ki, daha öncə Ermənistan müdafiə naziri David Tonoyan və müavini Qabriel Balayan da vəzifələrindən istefa vermişdi.






