Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
Kateqoriya məlum deyil
Azərbaycanda koronavirus infeksiyasına yoluxan daha bir həkim vəfat edib.
Sfera.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi, 1950-ci il təvəllüdlü Əlihüseyn İbrahimov COVID-19-dan dünyasını dəyişib.
O, müalicə olunduğu paytaxt xəstəxanalarından birində vəfat edib.
Qeyd edək ki, Ə.İbrahimov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq işləyirdi.
(report)






