Logo

PKK-nın daha bir önəmli siması məhv edildi

PKK-nın daha bir önəmli siması məhv edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

PKK/KCK-nın "elçi”si, "Dıhlaz” kod adlı Hizrət Çalkın İraqın şimalında zərərsizləşdirilib.

Sfera.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) məlumat yayıb. Qeyd edilib ki, axtarışda olan H. Çalkın Suriya və İraq arasında terrorist göndərilməsini təmin etmək məqsədilə iclas keçirib. MİT-in həyata keçirdiyi əməliyyat zamanı "elçi” və yanındakı digər terrorçular məhv edilib.

Qeyd olunur ki, Çalkın terror təşkilatına 2011-ci ildə üzv olub, 2014-cü ilədək Türkiyədə fəaliyyət göstərib, daha sonra Suriyaya qaçıb.

O, 2017-ci ilədək Resulyandakı "Ağır Silahlar Taburu”nu idarə edib, ötən ildən terrorçu mübadiləsi ilə məşğul olmağa başlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR