Logo

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Oğuz şəhər sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Mustafa oğlunun idarə etdiyi Opel "Astra” markalı avtomobillə, 1972-ci il təvəllüdlü Məmmədov Bəhram Cəfər oğlunun idarə etdiyi "VAZ” 2107 markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanlardan 48 yaşlı Bəhram Cəfərovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR