Logo

Oğuzda qəza - Xəsarət alan var

Oğuzda qəza - Xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az-ın məlumatına görə, hadisə axşam saatlarında Oğuz rayonu ərazisində baş verib.

Rayonun Qumlaq kənd sakini, 1978-ci il təvəllüdlü Əfqan Nurəddin oğlu Abdullayev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına çıxan 2 camışı vurub. Nəticədə avtomobildə olan sərnişin, rayonun Dəymədərə kənd sakini, 1961-ci il təvəllüdlü Zərnigar Xəsil qızı Mustaqova xəsarət alıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR