Logo

Bərdədə erməni təcavüzü nəticəsində xəsarət alan şəxs dünyasını dəyişdi

Bərdədə erməni təcavüzü nəticəsində xəsarət alan şəxs dünyasını dəyişdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
27 sentyabr tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanmış, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumatda bildirilir ki, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR