Ermənilər Ağdama 30-a yaxın top mərmisi atdı
Kateqoriya məlum deyil
Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmaqda davam edir.
Düşmən tərəfindən rayonun Mirəşirli və Əhmədağalı kəndləri ərazisinə ümumilikdə 30-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
(report)






