Düşmən Tərtərə 20-dən çox top atdı
Kateqoriya məlum deyil
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini atəşə tutmaqda davam edir.
Noyabrın 2-si saat 15:40 radələrindən başlayaraq düşmən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndlərini intensiv artilleriya atəşinə tutur.
Ümumilikdə rayon ərazisinə 23 top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusu tərəfindən ermənilərə adekvat cavab tədbirləri görülür.
(report)






