Logo

Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını təsdiqlədi

Ermənistan MTX hərbçilərinin Qarabağdan silahla qaçdıqlarını təsdiqlədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşları ölkənin Sisian rayonu ərazisində hərbçinin idarə etdiyi "Mitsubishi Pajero” markalı avtomobildə silah-sursat aşkar ediblər.

Sfera.az  xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Hərbçi maşının ona məxsus olduğunu etraf etsə də, silah-sursatın "avtomobilinə atıldığını" bildirib.

Hazırda araşdırma aparılır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, son zamanlar Qarabağdan Ermənistana qanunsuz olaraq silah-sursatın daşınması halları çoxalıb. Son günlər cinayət üzrə 3 şübhəli saxlanılıb.

Mütəxəssislər qeyd edib ki, bu kimi faktlar Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindəki erməni silahlılarının döyüşdən qaçdığını təsdiqləyir. Onlar qaçarkən özləri ilə birlikdə silah-sursat da aparırlar.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR