Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb
Kateqoriya məlum deyil
Ötən gün Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ağır yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib.
Məlumata görə, ötən gün hadisədən sonra xəstəxanaya gətirilən Almaz Məmmədova bu gün dünyasını dəyişib.
Beləliklə, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 5-ə çatıb.
(report)






