Düşmən geri çəkilməyə məcbur edildi

Düşmən geri çəkilməyə məcbur edildi
Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd "Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 "Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.


OXŞAR XƏBƏRLƏR

Xalq artistinin qızı buna görə Rüfətlə, Nicatı danışdırmır

Müğənni Ülkər Yaşarqızı maraqlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki, Xalq artisti Yaşar Nurinin qızı məşhur müğənni və aktyor barədə ona ünv...

İmaməddin Əlimanovla bağlı hökm elan olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. ...

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...