Ermənilər Ağdamın kəndlərini atəşə tutur, 3 evə mərmi düşüb
Kateqoriya məlum deyil
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Sfera.az xəbər verir ki, ermənilərin artilleriya atəşi nəticəsində Ağdamın Rzalar kəndinə bir neçə mərmi düşüb. Hadisə nəticəsində kənd sakini, Ərşad Qurbanov və onun oğluna məxsus evlərə mərmi düşüb. Evlər yarasız vəziyyətə düşüb.
Hadisə nəticəsində Ə. Qurbanovun qonşusu B.innət Quliyevin də evinə mərmi düşüb və ev dağılıb.
(trend)






