Tovuzda yük maşını aşıb, ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
Hərkətdə olan "KamAZ” markalı yük maşını aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
(apa)






