Salyanda baş verən avtomobil qəzasında 6 nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
Salyan rayonunda baş verən avtomobil qəzası nəticəsində 6 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində qeydə alınıb. Belə ki, mikroavtobusla VAZ markalı minik avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alaraq Şirvan və Salyan xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
(apa)






