“Erməni əsgərinin rəşadət simvolu”na çevrilmiş topçu Albert məhv edildi
Sfera.az-ın məlumatına görə, xəbəri Dağlıq Qarabağdakı separatçıların qondarma "prezidenti” Araik Harutunyan Facebook-da təsdiqləyib. O, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarının iştirakçısı, topçu Albert Ovannisyanın ölümündən sonra "Cəsarətə görə" medalı ilə təltif edildiyini də bildirib.
Araik Harutyunyan Albertin atası Artaka müraciət edərək başsağlığı verib.
Qeyd edək ki, İrəvan küçələrində bu fotoşəkil olan reklam lövhələri var. Albertin adı oktyabrın 7-dən "itkinlər siyahısı"na yazılmışdı. Nəhayət oktyabrın 8-də onun öldürüldüyü təsdiqləndi.
Verilən məlumatlara görə, Albert Ovannisyanın Azərbaycan Ordusu tərəfindən məhv edilməsi erməni hərbçilər və mülki əhali arasında ruh düşkünlüyünü bir qədər də artırıb... Erməni sosial şəbəkələrində Albert Ovannisyanın öldürüldüyü barədə xəbərin təsdiqlənməsi aydın səmada ildırımın çaxması effektini verib.
(modern.az)






