Logo

Qubada ev yandı: Ölən var

Qubada ev yandı: Ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Sfera.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Ördüc kəndində (rayon mərkəzindən 60 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğın yerinin araşdırılması zamanı ev sahibi 1932-ci il təvəllüdlü Qeyibov Səfərəli Hacəli oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR