Logo

Ermənilərin atdığı mərmi Real TV-nin əməkdaşının evinə düşdü

Ermənilərin atdığı mərmi Real TV-nin əməkdaşının evinə düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutub.
Sfera.az Report-a istinadən bildirir ki, ermənilərin atdığı mərmilərdən biri "Real Təhlil İnformasiya Mərkəzi”nin (Real TV) cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, Ağdərə rayonundan məcburi köçkün olan Tərtər rayonunda məskunlaşmış Kamil Eldaroğlunun valideynlərinin yaşadığı evə düşüb.

Jurnalist qeyd edib ki, hadisə zamanı evə ziyan dəyib:

"Eybi yox, olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhval ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR