Logo

“Azərenerji”nin işçisini cərəyan vuraraq öldürdü

“Azərenerji”nin işçisini cərəyan vuraraq öldürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Sumqayıtda bədbəxt hadisə olub.

Sfera.az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb. Şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Sənan Ağa oğlu transformatorda təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

S.Ağayevin "Azərenerji”nin işçisi olduğu bildirilir.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

(apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR