Logo

Kürdəmirdə avtomobil aşdı, xəsarət alan var

Kürdəmirdə avtomobil aşdı, xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Kürdəmir rayonunda yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildəki sərnişin, Gəncə sakini, 29 yaşlı Hüseynlu Sevinc Akif qızı müxtəlif dərəcəli növ bədən xəsarəti alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR