Logo

"VAZ"la "Mercedes" toqquşub

"VAZ"la "Mercedes" toqquşub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Sfera.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, "Mercedes" markalı avtomobil onunla eyni istiqamətdə hərəkət edən "VAZ 2105"-ə arxadan çırpılıb.

Nəticədə "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından çıxaraq yol kənarına düşüb. Hadisə zamanı "VAZ"-ın sürücüsü 53 yaşlı Fəxrəddin Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Faktla bağlı araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR