Logo

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 29 cinayətin üstünü "isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR