Bakıda yanğın olub, 7 yaşlı uşaq tüstüdən zəhərlənib

Bakıda yanğın olub, 7 yaşlı uşaq tüstüdən zəhərlənib
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan digər otaqların qapıları və mətbəxin tavan hissəsi deformasiyaya uğrayıb. Yanğın zamanı 5-ci mərtəbədə qonşu mənzildə yaşayan, 2009-cu il təvəllüdlü Şükürov Mahid Elnur oğlu tüstüdən zəhərlənmiş halda təcili yardım xidməti tərəfindən toksikologiya şöbəsinə aparılıb. Yanğın zamanı 4-cü və 5-ci mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR