Logo

Göygöldə bir ailənin üzvləri yol qəzasına düşüb - ölən və yaralananlar var

Göygöldə bir ailənin üzvləri yol qəzasına düşüb - ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çarpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb.

Göygöl rayonunda baş verən yol qəzasına düşənlər bir ailənin üzvləridir. Xəsarət alanlar arasında azyaşlılar da var.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR