Logo

Bakıda taksi postda polisi və hərbi qulluqçunu vurdu

Bakıda taksi postda polisi və hərbi qulluqçunu vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda yoxlama postunda polis və hərbiçi avtomobillə vurulub.

Sfera.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, aprelin 19-da saat 22 radələrində "COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi "London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR