Ermənilər Azərbaycan kəndini yandırdılar

Ermənilər Azərbaycan kəndini yandırdılar
Ötən gün erməni silahlı birləşmələri cəbhənin Goranboy istiqamətində fəallaşıb.
Sfera.az anspress-ə istinadən bildirir ki, axşam saatlarından etibarən qarşı tərəf iri çaplı silahlarla yanaşı yandırıcı güllələrdən də istifadə edərək atəşkəsi pozub. Təqribən 1 saata yaxın davam edən gülləbaran nəticəsində yüksək gərginlikli elektrik naqilini saxlayan dirəklərdən birində yanğın baş verib.

Dərhal kəndə təhkim olunmuş yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub. Alovun miqyası böyümədən qarşısı alınıb. Bir saatlıq fasilədən sonra kəndə elektrik enerjisinin verilişi bərpa olunub. Kənd sakinlərinin verdiyi məlumata görə, atılan güllələr bir neçə evə gedən telefon xəttini də sıradan çıxarıb.  

Rayaonda çəkiliş aparan ANS-in çəkiliş qrupu da kəndin atəşə tutulmasının şahidi olub.  Tapqaraqoyunlu kəndinin atəşə məruz qalması nəticəsində 10-a yaxın evə ziyan dəyib. Həyətyanı sahələrə düşən güllələrdən də kəndin müxtəlif çaplı silahlardan atəşə tutulduğunu başa düşmək mümkündür. 

Kəndin atəşə tutlması fasilələrlə təqribən saat 22 radələrinə qədər davam edib. Azərbaycan ordusunun qarşı tərəfin mövqelərinə endirdiyi zərbələrdən sonra isə təmas xəttində sükut bərpa olunub. 

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 129 dəfə atəş zərbəsi endirib.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...