Logo

Lənkəranda naktotacirlərə qarşı əməliyyat keçirilib

Lənkəranda naktotacirlərə qarşı əməliyyat keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəranda naktotacirlərə qarşı əməliyyat keçirilib.

Sfera..az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanılıblar.

Davam etdirilən tədbirlərlə B.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinənlər - K.Heydərov və Astara rayon sakini E.Xankişiyev də müəyyən edilərək saxlanılıblar.

K.Heydərovdan 2 kiloqrama yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR