Logo

Bakıda yanacaqdoldurma məntəqəsində dava düşdü

Bakıda yanacaqdoldurma məntəqəsində dava düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Binəqədi rayonunda cinayət hadisəsi baş verib.

Sfera.az teleqraf.com-a istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Orada iki sürücü arasında mübahisə yaranıb. Mübahisə zamanı "Mercedes" markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Balabəy Babayev digər "Mercedes" markarlı avtomobilin sürücüsü Tural Əhmədovu söyərək, təhqir edib.

Balabəy Babayev məntəqənin işçisi tərəfindən oradan kənarlaşdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR