Logo

Məcburi köçkünlərin binası yanır - VİDEO

Məcburi köçkünlərin binası yanır - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə köhnə turist bazasının Ağdam rayonunun 72 saylı orta məktəbi kimi istifadə edilən hissəsində qeydə alınıb. Alov məktəbin köməkçi binasından başlayıb. Tez bir zamanda ətrafa yayılan alovu ram etmək üçün yanğınsöndürənlər hadisə yerinə cəlb edilib. Alovun qarşısı alınıb, yaşayış evlərinə keçməyib.

Qeyd edək ki, "Turbaza” adlanan ərazidə Ağdam və Kəlbəcər rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

***

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR