Logo

Bakıda itkin düşən 5 nəfər tapılıb - RƏSMİ

Bakıda itkin düşən 5 nəfər tapılıb - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də 30 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Sfera.az-a verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Quldurluq 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR