Hadı Rəcəblinin və Hüseynbala Mirələmovun pensiyasının miqdarı açıqlandı

Hadı Rəcəblinin və Hüseynbala Mirələmovun pensiyasının miqdarı açıqlandı
 
V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri 73 yaşlı Hadi Rəcəblinin və həmin çağırış parlamentin deputatı 75 yaşlı Hüseynbala Mirələmovun alacağı pensiyanın miqdarı açıqlanıb.

Sfera.az xəbər verir ki, qanunvericiliyə əsasən, əmək pensiyası yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
 
Hadi Rəcəbli komitə sədri olduğu üçün maaşı 1 980 (əlavələr buna aid deyil), Hüseynbala Mirələmov isə deputat kimi 1 732 manat maaş alıb. "Əmək pensiyaları haqqında" qanuna əsasən, H.Rəcəbli 1 526, H.Mirələmov isə 1 385 AZN pensiya alacaq.

Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilmiş iclasında 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələri ləğv edilib.

H.Rəcəbli və H.Mirələmov bir daha namizədliklərini irəli sürməyəcəklərini bəyan ediblər. Ç.Qənizadə isə növbəti dəfə də deputatlığa namizəd olacağını açıqlayıb. Əgər 63 yaşlı Ç.Qənizadə deputat seçilməzsə, işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alacaq. Bu qayda Fərəc Quliyevə də aiddir.
 
(pravda.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...