Hadı Rəcəblinin əmisi oğlu müxalifətə keçdi? - FOTOLAR

Hadı Rəcəblinin əmisi oğlu müxalifətə keçdi? - FOTOLAR
 

74 saylı Lənkəran kənd seçki dairəsində nəticələrin ləğvindən sonra Hadı Rəcəblinin hakimiyyətə qarşı münasibətinin dəyişdiyi barədə iddialar səsləndirilir.

Sfera.az  xəbər verir ki, bu iddiaların bir səbəbi də Hadı Rəcəblinin əmisi oğlu Şadil Rəcəbovun sosial şəbəkələrdə etdiyi paylaşımlardır.

Şadil Rəcəbov əmisi oğlunun qalib elan edildiyi dairədə nəticlərin ləğvindən sonra sosial şəbəkələrdə müxalifyönlü paylaşımlar etməyə başlayıb. Əvvəllər daha çox iqtidarın xeyrinə olan paylaşımlar edən Şadil Rəcəbli indi müxalifətə yaxın müxtəlif platformaların məlumatlarını paylaşmağa başlayıb.

Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadı Rəcəblinin müxalifətə keçməsi barədə iddialar da bu müzakirələrin gedişində səsləndirlir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olan Hadı Rəcəbli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsinin qalibi elan edilib. Lakin bir neçə gün sonra həmin dairənin nəticləri ləğv edilib.
Şadil Rəcəbov Hadı Rəcəbliyə məxsus olduğu bildirilən "Palıdlı Sahil" istirahət mərkəzinin icraçı direktorudur. (yenisabah)



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...