Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan şəxs intihar etdi

Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan şəxs intihar etdi
Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

APA-nın məlumatına görə, 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir

Ehtimallara görə, adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.

Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR