Hacı Şahin: \"Bu əməl ziyarətgahı təhqir etmək deməkdir\"

Hacı Şahin: \
 Bu gün koronavirusun ən çox can aldığı ölkələr siyahısında İranın adı yer alıb. Sosial şəbəkələrdə koronavirusdan qorunmaq üçün müqəddəs məkanlara gedib, ziyarətgahda dəmir məhəccərləri, daşı divarları öpən şəxslər videogörüntülər yayırlar. Bu da öz növbəsində birmənalı qarşılanmır. Bir çoxları bunu xürafat, bir çoxları isə virus yoxdur, olsa da imam bizi sağaldar tipli şərhlərlə qarşılayırlar.

Daşı bütə çevirib ətrafına dolanmağın özü təkallahlığı əsas prinsip hesab edən İslama da uyğun deyil. Amma təəssüf ki, ifrata varanların sayı az deyil. Karantin günlərində dini ziyarətgahlarda bu kimi ayinlər qadağan edilibmi, ümumiyyətlə pir və məscidlərə axın dayandırılıbmı?

Bizimyol.info-nun sualını Hacı Şahin Həsənli cavablandırır:

"Virusun İrandan, ziyarətgahlardan yayılmasını düşünmək yanlış olardı. Çində pir var idimi bəyəm? Məşhəd, Qum ziyarətgahları isə hazırda bağlıdır. Azərbaycanda da məscid və ziyarətgahlara giriş məhdudlaşdırılıb. Kütləvi olaraq dini ayinlər edilmir. Ona görə, əsas görmürəm, kimsə desin ki, dini ayinlər zamanı zəvvarlar daşı, divarı yalamaqla xəstəliyi yayırlar. Bir çoxları sifarişli şəkildə daşı divarı öpərək, İslamı gözdən salırlar. Bu məqsədli addımdır. Məqsədli şəkildə daşı divarı yalamaq ziyarətgahı gözdən salır, hörmətsizlik edir. Bu kimi ayinlərdə ifrata varmaq kökündən yalnışdır. Ümumiyyətlə İslamda belə bir hökm, dini ayin yoxdur. Virus oldu olmadı, bu kimi əməllər, yəni kiminsə əlini, dilini daşa sürtməsi xürafatdır, ziyarətgaha qarşı hörmətsizlikdir”.

Koronavirus olmadan da dünyamızda QİÇS, Hepatit, adını unutduğumuz, amma elə bu vasitələrlə yayılan yüzlərlə xəstəlik var. Dini ziyarətgahlarda müxtəlif ölkələrdən gələn yüzlərlə, minlərlə insanın vətəninə döndükdən sonra yoxlanılması yaxşı olardı. Koronavirus yoxa çıxdıqdan sonra da biz bunu unutmamalıyıq. Bizdəki dini ziyarətgahlarda da adamlar sıraya düzülüb daşı-divarı öpürlər. Bunu birdəfəlik qadağan eləmək lazımdır. Bəs Ruhani İdarəsi, Dini Komitə nə işə yarayır?! Hər şeyin ən doğrusunu,ən düzgününü etməsək, İslamda da xürafatdan başqa bir şey qalmayacaq.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...