Hacı Mazanın oğluna yeni vəzifə verildi

Hacı Mazanın oğluna yeni vəzifə verildi
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.
 
Sfera.az-ın unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb.

Qeyd edək ki, o, Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.


OXŞAR XƏBƏRLƏR