Hacı Əliyev finalda erməni ilə güləşəcək

Hacı Əliyev finalda erməni ilə güləşəcək
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürüb.

Sfera.az-ın məlumatına görə, yarışın ilk günündə 5 çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 5 üzvü də mübarizəyə qoşulub. Onlardan 3-ü finala yüksəlməklə, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəyə də yiyələniblər. 

Təmsilçilərimizdən İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzan Bazarqanov lisenziya qazanmaq şansını itirib.

Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib. Moldova güləşçisinə də qalib gələn Hacı finala yüksəlməklə Olimpiadaya lisenziya əldə edib. 

Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb. Bu mərhələdə Rumıniya idmançısına da gücünü göstərən Hacıyev həm yarışın finalına, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Final görüşləri sabah keçiriləcək.

Sərbəst güləş

57 kq

1/8 final. İslam Bazarqanov - Niklas Steşele (Almaniya) - 5:0
1/4 final. İslam Bazarqanov - Razvan Kovaçs (Rumıniya) - 10:0
1/2 final. İslam Bazarqanov - Georgi Vangelov (Bolqarıstan) - 1:9
Bürünc medal görüşü: İslam Bazarqanov - Petru Krakiun (Moldova)

65 kq
1/8 final. Hacı Əliyev - Corc Ramm (Böyük Britaniya) - 13:2
1/4 final. Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə) - 5:2
1/2 final. Hacı Əliyev - Maksim Sakultan (Moldova) - 5:1
FİNAL. Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan)

74 kq
1/8 final. Hacımurad Hacıyev - Andre Afa (Fransa) - 13:6 (tuşe)
1/4 final. Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan) - 5:4
1/2 final. Hacımurad Hacıyev - Maksim Vasiloqlo (Rumıniya) - 7:0
FİNAL. Hacımurad Hacıyev - Avtandil Kentçadze (Gürcüstan)

86 kq
1/8 final. Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) - 10:5
1/4 final. Abubakr Abakarov - Osman Gocen (Türkiyə) - 4:4*
Təsəlliverici görüş: Abubakr Abakarov - Hovannes Mxitaryan (Ermənistan)

125 kq
1/4 final. Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya) - 3:2
1/2 final. Camaləddin Məhəmmədov - Gennadi Kudinoviç (Almaniya)

Qeyd edək ki, bugünkü yarışa qədər ölkəmizin 15 idmançısı Olimpiya Oyunlarına vəsiqə qazanmışdı. Onlardan ikisi güləşçidir. Bunlar qadın güləşində Mariya Stadnik (50 kq), sərbəst güləşdə Şərif Şərifovdur (97 kq).

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...