“Gözə gəlimliyəm, məni yaralı yerimdən vururlar” - Pərvin Abıyeva - VİDEO

“Gözə gəlimliyəm, məni yaralı yerimdən vururlar” - Pərvin Abıyeva - VİDEO
 ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.

Sfera.az xəbər verir ki, aktrisa əməliyyat keçirdiyini deyib:

"Seriallarda oynamağa çəkinirəm. Uzunmüddətli kontraktlar təhlükəlidir. Çünki hər gün setə getməli olacağam. Keçən ilin fevral ayında ayağımda əzələ yırtılması oldu, həmin yerə su yığılmışdı, çirkli maye. İnfeksiya yarandı. İncidirdi, məcbur kəsdirdim".

Pərvin Abıyeva həmçinin şou-biznesdəki qeyri-səmimi insanlardan da danışıb:

"İndiki zamanda səmimi insan tapmaq çətindir. Çoxu sənin uğurlarına sevindiyini göstərə bilər. Amma sənin adına sevinən adamların neçə nəfər olduğunu yalnız sən bilirsən. Ömür boyu tənqid edilən aktrisa olmuşam. Məni gözləri götürmür. Özümü gözəl hesab edirəm. Gözəgəlimliyəm. Ən sadə bir şey geyinsəm belə müzakirə olunuram. Təhqirlərə məruz qalıram. Bunları görməzdən gəlməyə çalışıram. Düzdür, çox vaxt alınmır, çünki hələ sırtılmamışam. Zəif yerimi göstərmişəm. Ona görə də hər dəfə məni yaralı yerimdən vurular".


OXŞAR XƏBƏRLƏR

Oksana Rəsulovanın koronavirusla bağlı səs yazısı yayıldı - VİDEO

"Ehtiyac yaranarsa, könüllü həkim kimi virusla mübarizəyə qoşularam".  Sfera.az Redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə, aktr...

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

 "Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sfera.az bildirir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəl...

Nazəninə AĞIR İTKİ

Tanınmış müğənni Nazəninə ağır itki üz verib. Sfera.az xəbər verir ki, bu gün sənətçinin qardaşı dünyasını dəyişib: "Daha bir qardaşımı itirdim”. ...

“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF

Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Sfera.az xəbər verir ki, o, bu barədə ARB...

"Həyat yoldaşım hansısa qadınla yatacaqsa..." - Nura Surinin bu açıqlaması aranı qatdı

Tanınmış müğənni Nura Surinin xəyanətlə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, k...

Azərbaycanda 50.000 manata toya gedən müğənni kimdir? — FOTO

"Aygün Bəylər son zamanlar el şənliklərində çox iştirak etmir, ancaq toyda yarım saatlıq çıxış üçün 5000 AZN qarşılığında iştirak edir”.   Sfera.az xə...