Gürcüstan Rusiyanın missiyasını əlindən almaq istəyir – “Moskva çalışacaq ki...”

Gürcüstan Rusiyanın missiyasını əlindən almaq istəyir – “Moskva çalışacaq ki...”
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən günlərdə Ermənistana səfəri zamanı həmkarı Nikol Paşinyanla "Cənubi Qafqazda dinc mehriban qonşuluq təşəbbüsü”nü müzakirə edib. Rəsmi Tiflis regionda sülhün, sabitliyin təmin olunması üçün fəal vasitəçiliyi davam etdirməyə hazır olduğunu bildirib.
 
Nəzərə alsaq ki, Gürcüstan daha əvvəl də mina xəritələrinin verilməsində vasitəçi rolu oynayıb, maraqlıdır, rəsmi Tiflis Qafqazda sülh missiyasını reallaşdıra biləcəkmi? Onun bu cəhdləri hansı nəticələrə gətirib çıxara bilər?

Bununla bağlı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Sfera.az-a açıqlamasında qeyd edib ki, Gürcüstan müharibə və postmüharibə dövrünün ilk aylarında yeni geosiyasi və geoiqtisadi prosesləri həzm etməkdə çətinlik çəkirdi və Tiflisdə Qafqazın gələcəyi ilə bağlı bir sıra suallar yaranmışdı:

"Lakin sonra Azərbaycan-Gürcüstan, eyni zamanda Türkiyə-Gürcüstan arasındakı təmaslar bir çox məsələləri rəsmi Tiflis üçün bəlli etdi. Sözügedən ölkə tədricən Azərbaycan və Türkiyənin təklif etdiyi yeni layihələrdə iştirakı istisna etmədi, əksinə, siyasi baxımdan da fəallaşaraq Azərbaycan və Ermənistan arasında mina xəritələrinin qaytarılması və s. kimi məsələlərdə aktiv vasitəçi rol oynadı. Təbii ki, burada ABŞ-ın da Gürcüstan vasitəsilə Azərbaycan və Ermənistan arasında bilavasitə dialoqa can atmasından söhbət gedə bilər. 

Bundan qabaq Gürcüstan baş naziri Azərbaycana, dünən isə, Ermənistana səfər edib. Səfər çərçivəsində hesab edirəm ki, əsas müzakirə olunan mövzu Ermənistan-Türkiyə arasında yeni münasibətlərin qurulması, sərhədlər və kommunikasiyaların Azərbaycan, Ermənistan və Türkiyə arasında açılması məsələsi idi. Qaribaşvili Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın da hansısa ismarıclarını Paşinyana çatdırmış oldu. Əlbəttə, Paşinyanın da bir sıra ismarıcları var ki, Türkiyə tərəfinə Gürcüstan Baş naziri vasitəsilə çatdırılacaq”.

Müsahibimizin sözlərinə görə, Paşinyan Rusiya ilə üçtərəfli bəyanatın yekunu olaraq mütəmadi təmasdadır:

"Digər tərəfdən Ermənistan Baş naziri yaxşı başa düşür ki, Türkiyə ilə daha yeni kanallara ehtiyac var və yeni kanal qismində təbii ki, Rusiya çıxış edə bilməz. Bu, ABŞ-ın müttəfiqi sayılan Gürcüstan hökumətidir. Bundan sonra da fikrimcə, Paşinyan Gürcüstan Baş nazirinə etibar edərək Ermənistan və Türkiyə arasında, hətta lazım gələrsə, Ermənistan-Azərbaycan arasında müəyyən ismarıcların, qapalı məsələlərin ötürülməsində fəal iştirak edəcək. Gürcüstanın aktiv şəkildə vasitəçilik etməsinə Rusiya imkan verməyəcək.  Rusiya çalışacaq ki, Qarabağ ətrafında baş verənlərdə, nəinki Gürcüstan, ABŞ, Fransa da rol oynamasın”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...