Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr başlandı
12:51 / 12.04.2021
698
Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılıb.
Sfera.az xəbər verir ki, müzakirələr "Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq.
Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək.
Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.