Güney Amerikalı futbolçu Azərbaycandan təklif alıb

Güney Amerikalı futbolçu Azərbaycandan təklif alıb
 

Kosta-Rikanın "Qvadelupe" klubunun hücumçusu Frank Zamora karyerasını Azərbaycanda davam etdirə bilər.

Sfera.az xəbər verir ki, bunu "Qvadelupe"nin idman meneceri Robert Qarbanzo deyib.

O bildirib ki, 28 yaşlı forvard qış fasiləsində komandanı tərk edəcək. Qarbanzonun sözlərinə görə, Zamoranın Azərbaycana yollanmaq ehtimalı daha çoxdur: "Futbolçunun legioner həyatı yaşamaq şansı yüksəkdir. Kosta-Rikadan heç bir komandadan təklif almayıb. Həmçinin, bizim də onu yerli klublardan birinə göndərmək fikrimiz yoxdur. Ölkə xaricindən iki təklifimiz var. Biri Azərbaycan klubudur, digəri isə Asiyada çıxış edir. Yaxın günlərdə daha ətraflı məlumat verə biləcəyik. Hələlik ən real təklif Azərbaycandandır".

 

Qeyd edək ki, Frank Zamora karyerası ərzində yalnız Kosta-Rika klublarında çıxış edib. Forvardın "Qvadelupe" ilə müqavilə müddəti gələn ilin dekabrına qədərdir.

OXŞAR XƏBƏRLƏR

"Keşlə" Tərlan Əhmədovla yollarını ayırdı

  "Keşlə” Futbol Klubunun Müşahidə Şurası bu gün keçirilən iclasda baş məşqçi Tərlan Əhmədovla müqavilənin uzadılmamasına qərar verib. Sfera.az bu barədə...

Azərbaycan Premyer Liqasının başlama tarixi açıqlandı - VİDEO

 Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün başlanma tarixi bilinib.  Sfera.az xəbər verir ki, yeni mövsüm avqustun 21-də start götürəcək.&...

Azərbaycanda idman oyunlarına qadağalar aradan qalxdı

 Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.  Sfera.az xəbər verir ki, bu qərarı Nazirlər Kabineti yanı...

Avropa Liqasında ölkəmizi təmsil edəcək klubdan yeni transfer - FOTO

 Avropa Liqasında ölkəmizi təmsil edəcək "Keşlə” klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb. Klubun rəsmi saytının yaydığı məlumata...

Azərbaycanlı futbolçu karyerasını kubok matçı ilə bərpa etdi

 Rusiya millisinin və Moskva "Spartak"ının futbolçusu Aleksandr Səmədov karyerasını rəsmən bərpa edib. Sfera.az xəbər verir ki, ötən ilin avqsutunda ...

Qondarma rejimin bayrağını qaldıran erməni UFC-dən qovuldu və cərimələndi - VİDEO

  UFC-də çıxış edən ABŞ ermənisi Edmen Şahbazyan avqustun 1-də Derek Bransonla döyüş öncəsi oktaqona qondarma Dağlıq Qarabağ bayrağı ilə çıxdığı üçün turn...