Gənc alimlər üçün yeni mükafat təsis edildi

Gənc alimlər üçün yeni mükafat təsis edildi

Azərbaycanda gənc alimlər üçün yeni mükafat təsis edilib.

Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında qərar verilib.

İclasda çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, təsdiq olunan Əsasnaməyə uyğun olaraq, mükafat müsabiqə əsasında təbiət və ictimai-humanitar elmlər üzrə xüsusi nailiyyətlər əldə edən gənclərə (35 yaş daxil olmaqla) veriləcək.

Namizədlər barədə sənədlər AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılan ekspert komissiyasına təqdim ediləcək, daha sonra komissiya irəli sürülən namizədlər sırasından mükafata namizədi seçərək öz rəyini Rəyasət Heyətinə təqdim edəcək. Son olaraq namizədin mükafatla təltif edilməsi barədə yekun qərarı Rəyasət Heyəti qəbul edəcək. Qaliblərə müvafiq diplom və 2000 manat məbləğində pul mükafatı veriləcək.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...